“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov və şirkətin Şəbəkə texnologiyaları departamentinin rəhbəri Şəhriyar Ağayev “Telecom Review” saytına müsahibə veriblər. H.Ömərov öz müsahibəsində şirkətin cari nailiyyətləri və gələcək planları ilə bağlı sualları cavablandırıb. O, Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən verilən “Gigacity Champion” mükafatının “Aztelekom”un rəqəmsal transformasiya öhdəliyinə sadiqliyinin və uzunmüddətli vizyonunun təsdiqi olduğunu vurğulayıb. 10G PON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran Şəhriyar Ağayev bildirib ki, “Aztelekom”un bu istiqamətdə gördüyü işlər şirkətin davamlı rəqəmsal infrastrukturun qurulmasına dair strateji öhdəliyini əks etdirir. Ş.Ağayev, həmçinin qeyd edib ki, 10G və 50G PON kimi texnologiyalar bizə yaxın gələcəkdə ultrasürətli, etibarlı və genişzolaqlı sürət təqdim etməyə imkan verəcək və yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetlə təmin edilmə imkanı yaradacaq. Məlumat üçün bildirək ki, “Gigacity Champion” mükafatı son bir il ərzində “Aztelekom”un təltif olunduğu üçüncü beynəlxalq mükafatdır. Qeyd edək ki, 10G və 50G PON texnologiyaları optik şəbəkələrdə müvafiq olaraq 10 Gbps və 50 Gbps sürətlə internet və məlumat ötürülməsini təmin edən yeni nəsil genişzolaqlı rabitə sistemləridir. Bu texnologiyalar xüsusilə yüksək istifadəçi tələbatı olan bölgələrdə daha sürətli, sabit və yüksəktutumlu bağlantılar təqdim etmək üçün istifadə olunur. The post “Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq appeared first on InfoCity....

“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq 10:56, 28 Дек İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq İlon Mask X sosial şəbəkəsində səsləndirdiyi iddialı açıqlamada bildirib ki, onun xAI şirkəti beş ildən də az vaxt ərzində dünyadakı bütün digər data-mərkəzlərin cəmi gücündən daha böyük hesablama gücünə sahib olacaq. Mask bu fikri xAI-nin strategiy...

İnsanabənzər robotlar Airbus təyyarələrini yığmağa başlayacaq 09:56, 26 Янв İnsanabənzər robotlar Airbus təyyarələrini yığmağa başlayacaq Çinin UBTech şirkəti insanabənzər robotların inkişafında növbəti ciddi mərhələyə qədəm qoyur. Elektronika sahəsində uğurlu sınaqlardan sonra humanoid robotlar indi sənayenin ən mürəkkəb istiqamətlərindən birinə — təyyarə istehsalına daxil olur. UBTe...

Правильный выбор днища колодца  это важный этап строительства, который нельзя игнорировать 17:13, 19 Янв Правильный выбор днища колодца — это важный этап строительства, который нельзя игнорировать При строительстве инженерных сооружений, связанных с водоснабжением, канализацией или дренажными системами, особое внимание уделяется каждому конструктивному элементу. Колодцы используются в частном и промышленном строительстве, на коммунальных сетя...

AzInTelecom tərəfindən 65 minə yaxın IMEI koda klon statusu verilib 15:56, 11 Мар “AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 64 5...

SİMA İmza ilə daha 30-a yaxın elektron vergi xidmətinə əlçatanlıq təmin edildi 17:56, 18 Ноя “SİMA İmza” ilə daha 30-a yaxın elektron vergi xidmətinə əlçatanlıq təmin edildi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir. İnteqrasiya çərçivəsində daha 30-a yaxın elekt...