Bakcell və Peerstack Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən “SummerStack Bootcamp” proqramının açılış tədbiri keçirilib. Tədbir çərçivəsində iştirakçılar tədris proqramı, mentorluq mexanizmi və inkişaf imkanları ilə tanış olublar. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək gənclərin inkişafına və rəqəmsal bacarıqların artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “SummerStack Bootcamp” proqramı iştirakçılara proqramlaşdırma sahəsində möhkəm bilik bazası formalaşdırmaqla yanaşı, onları real layihələr və praktiki yanaşmalar vasitəsilə peşəkar inkişaf yoluna hazırlayır. Qeyd edək ki, üç ay davam edəcək proqram iştirakçılara müasir proqramlaşdırma alətləri olan “Java” və “Python” ilə işləmək, texniki biliklərini dərinləşdirmək və layihə əsaslı öyrənmə mühitində təcrübə qazanmaq imkanı yaradacaq. Bakcell innovasiya, rəqəmsal transformasiya və təhsil sahəsində inkişafı dəstəkləyən təşəbbüslərə töhfə verməklə ölkədə insan kapitalının gücləndirilməsinə və gələcəyin peşələri üçün ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməyə davam edir. Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər qeydiyyat üçün linkə daxil ola bilərlər. Bakcell haqqında Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir. The post Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Соцсеть «ВКонтакте» запустила групповые видеозвонки...
- Компания Apple зарегистрировала 9 новых моделей iPhone...
- В первой половине 2025 года Контактный центр Azercell принял более 2,5 миллиона обращений...
- Можно ли использовать домашний адрес как юридический?...
- Почему стоит выбрать интернет-магазин косметики Romanovamakeup?...
- Официальный визит президента ОАЭ Мухаммеда Аль Нахайяна в Россию завершен...
18:56, 22 Дек 4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb İqtisadiyyat Nazirliyinin dəstəyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” tədbiri yekunlaşıb. İki gün davam edən yarışın keçirilməsində məqsəd sənaye müəssisələ...
03:56, 03 Ноя Samsung Galaxy A57 smartfonunun hazırlanmasına başladı Samsung orta seqmentə aid növbəti model — Galaxy A57 smartfonunun daxili sınaqlarına start verib. Bu barədə məlumat şirkətin serverlərində aşkar edilib: orada SM-A576B indeksli cihazın sınaq qeydləri yer alıb. Sosial şəbəkə X istifadəçiləri Samsung-...
17:13, 19 Янв Правильный выбор днища колодца — это важный этап строительства, который нельзя игнорировать При строительстве инженерных сооружений, связанных с водоснабжением, канализацией или дренажными системами, особое внимание уделяется каждому конструктивному элементу. Колодцы используются в частном и промышленном строительстве, на коммунальных сетя...
23:56, 16 Мар İlon Mask xAI-da kütləvi dəyişikliklərə başladı İlon Mask süni intellekt startapı xAI daxilində növbəti ciddi dəyişikliklərə start verib. Financial Times nəşrinin məlumatına görə, Mask şirkətin proqramlaşdırma üçün AI alətləri sahəsində rəqiblərindən geri qalmasından narazı qalıb və bunun fonunda...
21:56, 16 Дек Huawei Nova 15 smartfon seriyasına öncədən sifarişlər başladı Huawei şirkəti VMall rəsmi onlayn mağazasında Nova 15 smartfon seriyasına öncədən sifarişlərin qəbuluna start verib. Bu barədə Huawei Central nəşri məlumat yayıb. Məlumata görə, Nova 15 modelini öncədən sifariş edən alıcılar 15 ABŞ dolları məbləğind...
Топ новости часа