AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC dünya marketinq elminin banilərindən sayılan Filip Kotlerin “Müasir marketinqin əsasları” adlı nəşrində təqdim ediləcək. Nəşrdə “AzInTelecom”un uğurlu təcrübəsi kimi SİMA Rəqəmsal Həllər Platforması xüsusi yer alacaq. Kitabda biometriya texnologiyasına əsaslanaraq rəqəmsal imza, identifikasiya və ödəniş sistemlərini bir ekosistemdə birləşdirən platformanın ölkədə rəqəmsal xidmətlərə çıxışı asanlaşdırmasından bəhs olunur. Filip Kotlerin kitabında “AzInTelecom”un yanaşması texnologiya ilə bərabər, həm də marketinq və istifadəçi təcrübəsinin uğurlu sintezi kimi dəyərləndirilir. Belə ki, şirkət rəqəmsal imzanın geniş istifadəsini təşviq etmək üçün sadə interfeys, biometrik identifikasiya və çoxkanallı kommunikasiya strategiyası tətbiq edir. Bu yanaşma nəticəsində “SİMA İmza” mobil tətbiqi 5 milyondan çox istifadəçi tərəfindən yüklənilib, 50 milyondan artıq tranzaksiya həyata keçirilib. İstənilən vaxt və məkanda etibarlı, davamlı və innovativ xidmətlər təqdim etmək məqsədilə yaradılmış SİMA ölkənin rəqəmsallaşma prosesini sürətləndirir. Platforma, həmçinin ekoloji dəyərlərə də töhfə verir – kağız sərfiyyatının azalması sayəsində meşələrin qorunmasına, enerji və su ehtiyatlarının qənaətinə şərait yaradır. “AzInTelecom” SİMA Rəqəmsal Platforması ilə yanaşı, innovativ “bulud” həlləri, kibertəhlükəsizlik və sertifikatlaşdırma xidmətləri vasitəsilə rəqəmsal gələcəyin birgə formalaşdırılmasına da töhfə verir. “Müasir marketinqin atası” kimi tanınan Filip Kotler 90-dan çox kitabın, o cümlədən dünyanın aparıcı tədris müəssisələrində öyrədilən “Marketing Management” əsərinin müəllifidir. Onun 60 ili əhatə edən karyerası marketinqin elmi və praktik əsaslarını formalaşdırıb. Kotlerin “Harvard Business Review”, “Journal of Marketing” kimi nüfuzlu jurnallarda 100-dən artıq məqaləsi dərc edilib, dünyanın müxtəlif ölkələrində şirkətlərə rəqabət qabiliyyətini artırmaq üçün effektiv marketinq prinsiplərini tətbiq etməyə dəstək olub. The post “AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Соцсеть «ВКонтакте» запустила групповые видеозвонки...
- Компания Apple зарегистрировала 9 новых моделей iPhone...
- В первой половине 2025 года Контактный центр Azercell принял более 2,5 миллиона обращений...
- Можно ли использовать домашний адрес как юридический?...
- Почему стоит выбрать интернет-магазин косметики Romanovamakeup?...
- Официальный визит президента ОАЭ Мухаммеда Аль Нахайяна в Россию завершен...
11:56, 18 Сен Rabalon və Hikvision “Biznesinizdə Ağıllı Təhlükəsizlik” Tədbirində Müasir Həlləri Tanıtdı Keçən həftə aparıcı İT inteqratoru Rabalon və qlobal təhlükəsizlik həlləri təminatçısı Hikvision, Marriott Boulevard Hotel Baku-da “Biznesiniz üçün Ağıllı Təhlükəsizlik” adlı birgə tədbir keçirdi. Səhər yeməyi formatında təşkil olunan tədbir, pərakə...
15:56, 25 Окт ChatGPT səs rejimi üçün böyük yeniləmə alacaq OpenAI hazırda ChatGPT-nin səs rejimini təkmilləşdirmək üzərində işləyir — bu funksiya artıq ayrıca ekran interfeysi deyil, birbaşa əsas çat pəncərəsinin bir hissəsi ola bilər. Beləliklə, istifadəçilər səsli söhbət zamanı hava haqqında məlumat, xəri...
17:13, 19 Янв Правильный выбор днища колодца — это важный этап строительства, который нельзя игнорировать При строительстве инженерных сооружений, связанных с водоснабжением, канализацией или дренажными системами, особое внимание уделяется каждому конструктивному элементу. Колодцы используются в частном и промышленном строительстве, на коммунальных сетя...
14:56, 10 Янв Avowed PlayStation 5-ə gəlir — oyun ildönümünə xüsusi böyük yeniləmə alacaq Uzun illər Microsoft və Sony oyun sənayesində amansız rəqiblər olub. Lakin son dövrlərdə Xbox komandası bu qarşıdurmanı arxada qoymağa qərar verib. Şirkət bir vaxtlar eksklüziv hesab olunan layihələrini tədricən PlayStation platformasına köçürür — n...
Топ новости часа