“Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitirib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü dalğasına qoşulan 7500 istifadəçi rekord sayda — 18 mindən çox kurs bitirib. Aprel ayından başlayan proqramda bu günədək 30000 nəfər “Coursera” platformasında ödənişsiz təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar. Növbəti 7500 vətəndaş proqrama qoşulub. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 5-ci dalğasına start verilib. Növbəti 7500 vətəndaş 6 həftə ərzində “Coursera” platformasından ödənişsiz istifadə imkanı qazanıb. “Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər eləcə də biznes sahəsi üzrə təlimlərə də maraq artır. Avqust ayından başlayaraq yerli universitetlər və şirkətlər öz kurs və təlimlərini “Course builder“ aləti vasitəsilə “Milli Proqram” çərçivəsində “Coursera” platformasında yerləşdirmək imkanı əldə ediblər. Ümumilikdə 25 təlim artıq platformada yerləşdirilib və 2000 təlim istifadəçilər tərəfindən başa vurulub. Yerli təlim şirkətlərinin 3 kursu proqram istifadəçilərinin ən çox müraciət etdiyi təlimlər sırasına daxildir. “Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi təlim və kurslar: Süni intellekt hamı üçün (AI For Everyone) Rəqəmsal texnologiyanın gücü: STEM-də texnoloji trendlər Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals) STEM-də Elmin rolu: Kəşflərə aparan yol Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management) Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere) Robotiksə giriş: STEM-də ağıllı sistemlər dünyası Data elmi nədir? (What is Data Science?) Peşəkarlar üçün tənqidi düşünmə bacarıqları (Critical thinking skills for the Professional) Rəqəmsal transformasiya perspektivləri: Aqrobizneslər (Perspectives in Digital Transformation: Agribusiness) Süni intellektə giriş (Introduction to Artificial Intelligence) Liderlik bacarıqları (Leadership Skills) Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work) İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English) Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management) Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. “Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. “Milli Proqram” istifadəçiləri platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (kursların siyahısı — https://bit.ly/4ogG5Mw). Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10000 nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. The post “Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitirib appeared first on InfoCity....

“Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitirib

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Google istifadəçiləri neyroşəbəkə vasitəsilə izləməkdə ittiham olunur 01:56, 25 Ноя Google istifadəçiləri neyroşəbəkə vasitəsilə izləməkdə ittiham olunur Google şirkətinə qarşı yeni kollektiv iddia qaldırılıb. İddiada şirkətin Gemini İA modeli vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını gizli şəkildə topladığı bildirilir. Deyilənə görə, neyroşəbəkə onların elektron məktublarını sərbəst şəkildə “ox...

Valve Steam platformasında Android oyunlarına dəstək elan etdi 22:56, 13 Ноя Valve Steam platformasında Android oyunlarına dəstək elan etdi Son təqdimatında Valve şirkəti bir neçə böyük yeniliyini göstərib: ev konsolu Steam Machine, VR eynəyi Steam Frame və yenilənmiş kontroller. Lakin ən gözlənilməz xəbər başqası olub — Steam artıq rəsmi şəkildə Android oyunlarını dəstəkləyəcək. Bu, o ...

Правильный выбор днища колодца  это важный этап строительства, который нельзя игнорировать 17:13, 19 Янв Правильный выбор днища колодца — это важный этап строительства, который нельзя игнорировать При строительстве инженерных сооружений, связанных с водоснабжением, канализацией или дренажными системами, особое внимание уделяется каждому конструктивному элементу. Колодцы используются в частном и промышленном строительстве, на коммунальных сетя...

NETTY2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilmişdir 11:56, 19 Дек NETTY2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilmişdir Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY2025 Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilib. NETTY bu il müsabiqədə iştirak edənlər arasında ən yaxşı milli vebsaytları, sosial səhifələri və tətbiqləri mükafatlan...

iPhone 17 Air üçün rekord dərəcədə nazik batareyanın fotoları yayımlandı 00:56, 08 Авг iPhone 17 Air üçün rekord dərəcədə nazik batareyanın fotoları yayımlandı İnternetdə iPhone 17 Air modelinə aid batareyanın ilk fotoları yayılıb və bu görüntülər yeni cihazın nə qədər nazik olacağını göstərir. Koreyalı bloger yeux1122-nin paylaşdığı şəkillərdə iPhone 17 Air-in batareyası iPhone 17 Pro modelininki ilə müqa...

Honor 500 təqdim olundu: Nəhəng batareya və 200 MP kamera rekord dərəcədə ucuz qiymətə 01:56, 25 Ноя Honor 500 təqdim olundu: Nəhəng batareya və 200 MP kamera rekord dərəcədə ucuz qiymətə Honor yeni Honor 500 seriyasını — əsas modeli və 500 Pro versiyasını təqdim edib. Cihazlar iPhone Air və ya Google Pixel üslubunu xatırladan dizaynı, həmçinin yüksək tutumlu batareyaları ilə seçilir. Xüsusi vurğu isə İA funksiyalarına edilib — bunun...