ABŞ Federal Məhkəməsi Google-a qarşı son 30 ilin ən böyük antinhisar işi üzrə qərar qəbul edib. Şirkət onlayn axtarış bazarında inhisarçı elan olunsa da, məhkəmə ən sərt tədbirlərdən — Chrome brauzerinin satışı və ya Apple-a milyardlarla dollar ödənişlərin qadağan edilməsindən — imtina edib. Bunun əvəzində Google rəqiblərinə axtarış məlumatlarının bir hissəsinə çıxış verməli olacaq. Məlumatları əldə edə biləcək şirkətlər sırasında Microsoft, DuckDuckGo, hətta OpenAI və Perplexity kimi yeni oyunçular da ola bilər. Bundan başqa, məhkəmə Google-un smartfon istehsalçılarından Play Store-a çıxış müqabilində bütün tətbiqlərini əvvəlcədən quraşdırmağı tələb etməsini qadağan etdi. Lakin axtarış sistemində üstünlük üçün ödənişlər qüvvədə qalır — bu isə illik təxminən 20 milyard dollar qazanan Apple üçün böyük qələbədir. Ədliyyə Nazirliyi Google-un biznesinin bölünməsi də daxil olmaqla daha sərt tədbirlər tələb edirdi. Qurum «növbəti addımlarını ölçüb-biçəcəyini» bildirib, DuckDuckGo rəhbərliyi isə qərarı yetərincə effektiv hesab etməyib. Google isə Chrome və Android-in satışını tələb etməməsini müsbət qarşılasa da, məlumat mübadiləsi ilə bağlı yeni qaydaların risklərindən narahat olduğunu açıqlayıb. Google və hökumət 10 sentyabra qədər məhkəməyə tədbirlərin icrası ilə bağlı razılaşdırılmış təklif təqdim etməli və ya fikir ayrılıqlarını göstərməlidir. The post Məhkəmə Google-a Chrome-u satmamağa icazə verdi appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Соцсеть «ВКонтакте» запустила групповые видеозвонки...
- Компания Apple зарегистрировала 9 новых моделей iPhone...
- В первой половине 2025 года Контактный центр Azercell принял более 2,5 миллиона обращений...
- Почему стоит выбрать интернет-магазин косметики Romanovamakeup?...
- Можно ли использовать домашний адрес как юридический?...
- Официальный визит президента ОАЭ Мухаммеда Аль Нахайяна в Россию завершен...
18:56, 19 Дек Valve The Steam Awards 2025 üçün istifadəçi səsverməsinə start verdi Dekabr artıq sona yaxınlaşır və internetdə ilin yekunları bir-bir açıqlanmağa başlayır. Steam mağazasının administrasiyası da bu tendensiyadan kənarda qalmayıb. Valve, Qış Endirimi ilə paralel olaraq The Steam Awards 2025 üzrə səsverməni rəsmi şəkil...
Топ новости часа